EN

Muşda sel gənc qızın həyatına son qoydu

Türkiyədə sel bir 22 yaşlı qızın həyatına son qoyub.

“İki sahil” xəbər verir ki, hadisə Muşun Malazgirt rayonunda qeydə alınıb.

Məlumata görə, rayonda günorta saatlarından başlayan leysandan sonra dərələr daşıb, yollarda gölməçələr əmələ gəlib.

Çoxlu evlərin və əkin sahələrinin su altında qaldığı Bahçe kəndində 22 yaşlı Nazar Karataşı sel aparıb.

Şahidlərin 112 Təcili Zəng Mərkəzinə məlumat verməsindən sonra bölgəyə AFAD və 112 Təcili Sağlamlıq qrupları cəlb edilib.

Komandanın işi nəticəsində gənc qızın meyiti sudan çıxarılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
ikisahil.az

1Sources