EN

“Sumqayıt” “Orenburq”a məğlub oldu

Yeni mövsümə Ankaranın Qızılcahamam bölgəsində hazırlaşan “Sumqayıt” bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda Rusiya Premyer Liqasında mübarizə aparan “Orenburq”la qarşılaşıb.

Qızılcahamam stadionunda keçirilən matçda hesabı Azərbaycan təmsilçisi açıb. Amma Sumqayıtın eyniadlı klubu 85 və 88-ci dəqiqədə buraxdığı qollarla 1:2 hesablı məğlubiyyətə üzülüb.

Sumqayıtlılar iyulun 12-də Türkiyə 1-ci Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. Komandanın daha bir yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Lakin üçüncü rəqibin kimliyi hələ dəqiqləşməyib.

Xatırladaq ki, “Sumqayıt” yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Bu komanda sözügedən turnirin 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda keçiriləcək.

Yoxlama oyunu
7 iyul

Sumqayıt – Orenburq 1:2
Qollar: Nihad Əhmədzadə, 40 – Matias Peres, 85. Brayan Mansilya, 88.

Chosen
64
9
arena.az

10Sources