"Futbol xalqın mülküdür".

Offsideplus.az xəbər verir ki, bu sözləri Uruqvay millisinin baş məşqçisi Marselo Bielsa söyləyib.

"Kasıbların xoşbəxtliyə imkanı çox azdır, almaq üçün pulları yoxdur. Futbol kasıbların həzz alacağı az saylı şeylərdən biridir, lakin daha o da yoxdur", Bielsa deyib.

Qeyd edək ki, mütəxəssisin rəhbərlik etdiyi Uruqvay millisi Kopa Amerikada Braziliyanı məğlub edərək, yarımfinala yüksəlib.