EN

İldırım vuran uşaqları torpağa basdırdılar

Uşaqların həyatını xilas etmək mümkün olub


  Türkiyənin İğdır bölgəsində heyvanlarını otaran qardaşları ildırım vurub.
 “Sherg.az" “Milliyet.com.tr”yə istinadən bildirir ki, uşaqları ildırım vurduğunu görənlər cəld tərpənərək onların üzərinə torpaq tökməyə başlayıb. Üzərlərinə torpaq qalanması səbəbindən uşaqların həyatını xilas etmək mümkün olub. Hadisə günorta saatlarında Asma kəndi ərazisində baş verib. Rəhimə və Mehmet Ali Aktaş ailəsinin 2 övladı 17 yaşlı Yunus Əmrə və 15 yaşlı Əziz Aktaş naxırda ikən ildırım vurmasına məruz qalıb.  Bu, son günlər bölgədə hava şəraitinin kəskin dəyişməsi, leysan yağışları, göy gurultusunun ardınca ildırım çaxması nəticəsində olub. Hadisə yerinə gələn təcili yardım briqadası qardaşları xəstəxanaya aparıb. Həkimlər bildirib ki, kənd camaatının dərhal və vaxtında müdaxiləsi uşaqların həyatını xilas edib. İldırım vurarkən torpağa basdırılma qədimdən mövcud olan vasitədir. Deyilənə görə, ildırım vuran adamlar torpaqla basdırıldıqda torpaq ildırımın ağırlığını bədəndən çəkib çıxarır. Kəndlilər də bu vasitədən istifadə ediblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
sherg.az

1Sources