EN

Fransada solçu lider hökumət yaratmağa hazır olduğunu bildirib

...Fransa prezidenti Emmanuel Makron hökumətin qurulmasını növbədənkənar parlament seçkilərində liderlik edən solçu “Yeni Xalq Cəbhəsi” alyansına həvalə etməlidir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu BFMTV kanalında seçkinin ilkin nəticələri fonunda “Tabe olmayan Fransa” sol partiyasının qurucusu Jan-Lük Melenşon deyib.

Onun sözlərinə görə, Fransanın hazırkı baş naziri Qabriel Attal istefa verməlidir.

Qeyd edək ki, ilkin nəticələrə görə, 577 deputatdan ibarət Milli Məclisdə (parlamentin aşağı palatası) “Yeni Xalq Cəbhəsi” 175-dən 205-ə qədər, “Respublika Naminə Birlikdə” prezident koalisiyası isə 150-dən 175-ə qədər mandat qazanıb.

Sağçı "Milli Assosiasiya" partiyası üçüncü nəticəyə nail olub və parlamentin aşağı palatasında 115-150 yerə arxalana bilər.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
96
sia.az

1Sources