EN

Parisin mərkəzində solçuların mitinqi zamanı polis gözyaşardıcı qazdan istifadə edib

Parisin

Fransa polisi Parisin mərkəzində solçu “Yeni Xalq Cəbhəsi” tərəfdarlarının mitinqində baş verən iğtişaşları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İğtişaşlar Yeni Xalq Cəbhəsinin öndə getdiyi növbədənkənar parlament seçkilərinin ikinci turunun ilkin nəticələri elan edildikdən sonra başlayıb. Radikallar polisə daş və butulka atmağa başlayıb, daha sonra bir neçə adi və elektrikli velosipedi yandırıblar.

Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Bundan əvvəl Parisin mərkəzinə Respublika meydanına böyük polis və jandarm qüvvələri, eləcə də su şırnaqları yerləşdirildiyi bildirilirdi.

Chosen
132
2
xalqcebhesi.az

10Sources