EN

Makron ikinci turda da uduzdu

Fransada parlamentə keçirilən seçkilərin ikinci turunun nəticələri elan olunub. Solçuların koalisiyası- "Yeni Xalq Cəbhəsi" partiyası, parlament seçkilərində qalib gəlib. Onlar Milli yığıncaqda 182 yer qazanıblar. Makronun yaratdığı "Birlikdə" koalisiyası 168 yerlə ikinci, birinci turun qalibi  Marin Le Penin rəhbərlik etdiyi "Milli birlik" partiyası isə, 143 yerlə üçüncü olub. Respublikaçılar partitası 45 yer əldə edə bilib.

 Səsvermənin ilkin nəticələri elan olunduqdan sonra, ölkədə etiraz aksiyaları başlayıb. Fransanın daxili işlər naziri Jerald Darmanen daha əvvəl bildirmişdi ki, ikinci tur seçkilərində əsayişin qorunmasına 30 min polis əməkdaşı çəlb olunub.

 Amma görünən odur ki, bütün bunlar əsayişin qorunması üçün kifayət etməyib. Belə ki, bir çox şəhərlərdə və payraxt Parisdə, etirazçılarla polis arasında qarşıdurmalar baş verib. Polis gözyaşardıcı qazlardan istifadə etmək məcburiyyətində qalıb. Ən azı 25 nəfərin saxlanıldığl bildirilir.

 Avroparlamentə seçkiləri uduzan, "sakit və razılıqla hərəkət etmək imkanlarının yaradılması üçün" parlamenti buraxan və növbədənkənar parlament seçkilərinin keçirilməsinə qərar verən Fransa prezidenti Emanuel Makronun arzusu gözündə qaldı. Xalq bu seçkilərdə onun rəhbərlik etdiyi koalisiyaya etimad göstərmədi.

  Rüstəm Hacıyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
adalet.az

1Sources