EN

Abdulla Xaybullayev: “Əsas olan komandanın yaxşı hazırlaşması və qələbəsidi”

"Təlim-məşq toplanışı yaxşı keçir. Burda, Çatej ob Savidə növbəti mövsümə yaxşı hazırlaşmağınız üçün hər cür şərait var. Artıq bir həftədir ki, Sloveniyadayıq. Məşqlərdə bütün gücümüzlə çalışırıq". Bu sözləri Sport24.az-a açıqlamasında Abdulla Xaybullayev deyib.
22 yaşlı futbolçu keçirdikləri ilk yoxlama oyunu və vurduğu qələbə qolu haqqında da danışıb: "İki gün öncə ilk yoxlama oyunumuzu keçirdik. Təbii ki, birinci matç həmişə çətin olur. Pis oynamadıq. Hamı özünü ən yaxşı şəkildə göstərmək üçün əlindən gələni etdi. O ki qaldı qolu mənim vurmağıma, əlbəttə buna görə sevinirəm. Amma əsas olan komandanın yaxşı hazırlaşması və qələbəsidi".
Qeyd edək ki, "Sabah" Sloveniyada keçirdiyi ilk yoxlama matçında yerli "Koper"i 1:0 hesabıyla məğlub edib. "Bayquşlar" toplanış dönəmində daha 3 yoxla oyunu keçirəcək. Masazır təmsilçisi iyulun 10-da Serbiyanın "Çukariçki", 13-də Ukraynanın "Krivbass", 17-də isə Ukrayna "Rux"u (Lvov) ilə üz-üzə gələcək".  edəcək. ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
164
sport24.az

1Sources