Sumqayıt şəhər elektrik şəbəkəsinə daxil olan bir sıra ərazilərdə həyata keçirilən əsaslı təmir işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılıb.
Â
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Â
Bununla əlaqədar bu gün saat 10-dan şəhərin 1-ci və 5-ci mikrorayonlarında, eləcə də bir sıra məhəllələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb. Məhdudiyyətin saat 12-yə qədər davam edəcəyi qeyd edilib.
Â
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.
Tarix: 8 Ä°yul 2024, 10:13Â Â Â