EN

Uruqvayda qocalar evində baş verən yanğın nəticəsində on nəfər ölüb

Uruqvayda

Bakı, 8 iyul, AZƏRTAC

Uruqvayın Milli Yanğınsöndürmə Departamentindən bildirilib ki, Treinta y Tres şəhərində qocalar evində baş verən yanğın nəticəsində on nəfər ölüb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, hadisə şəhərin mərkəzindəki “Adulto Mayor” yaşayış kompleksində baş verib.

Yanğınsöndürənlər və Montevideo Zərərlərin Təhqiqat Departamentinin mütəxəssisləri dərhal hadisə yerinə göndəriliblər.

Yerli hakimiyyət orqanları və media səbəbin hələ də müəyyənləşmədiyini bildirib.

Paytaxt Montevideodan 250 kilometr məsafədə yerləşən təxminən 25 min əhalisi olan Treinta y Tres şəhərində üç günlük matəm elan edilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
azertag.az

1Sources