EN

İndoneziyada sürüşmə - Ölənlər və itkin düşənlər var

Bakı. Trend:

İndoneziyanın Sulavesi adasında son günlər yağan şiddətliyağışlar qanunsuz fəaliyyət göstərən qızıl mədənində sürüşməyəsəbəb olub. Nəticədə 12 nəfər ölüb, 18 nəfər itkin düşüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iyulun 7-dəQorontalo əyalətində qeydə alınıb.

Axtarış-xilasetmə işləri nəticəsində 5 nəfər xilas edilib. Ölənvə itkin düşənlər arasında şaxtaçılarla yanaşı yerli sakinlər dəvar. Çünki sürüşmə nəticəsində ətrafdakı bir neçə ev dədağılıb.

Fövqəladə hallar departamentindən bildiriblər ki, aramsız yağışvə yolların palçıq olması səbəbindən sürüşmə baş verən əraziyəavtomobillə yaxınlaşmaq mümkün deyil. Xilasedicilər hadisə yerinəçatmaq üçün təxminən 20 kilometr yolu piyada qət etməli olublar.Hazırda 164 nəfər xilasedici axtarış işləri aparır.

Səlahiyyətli qurumlar Qorontalo əyalətində şiddətli yağışlarınqarşıdakı günlərdə də davam edəcəyini, bu səbəbdən yeni sürüşmə vəpalçıq axını ola biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İndoneziyada mayda musson yağışları başlayandanbəri daşqın və torpaq sürüşmələri nəticəsində təxminən 70 nəfərölüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
121
6
az.trend.az

7Sources