EN

Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb

Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb.

Belə ki, 1992-ci ilə təvəllüdlü Rəşad Şükürov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yol kənarını təmizləyən rayon sakini, 1968-ci il təvəllüdlü Həsənova Solmaz Təhməz qızını vurub. Nəticədə S.Həsənova aldığı xəsarətdən hadisə yerində həyatını itirib.

DİN-in Mətbuat Xidmətinin Berdə qrupundan bildirilib ki, sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

Elgün Gəncimsoy

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
134
19
apa.az

10Sources