EN

Hindistanda sel 58 nəfərinCANINI ALDI

Hindistanda güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 58-ə yüksəlib.

Redaktor.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb. 

Məlumata görə, selin vurduğu 27 rayonda təxminən 2,3 milyon insan təsirlənib. Bu insanlara sığınacaq vermək üçün əyalətin müxtəlif yerlərində yüzlərlə düşərgə qurulub. 

Qeyd edilib ki, şimal-şərq əyalətlərində yağış və daşqınların təsiri davam edir.

Türkan İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
redaktor.az

1Sources