EN

İsveçdə mini futbol üzrə beynəlxalq turnir keçiriləcək

İyulun 19-da Stokholm şəhərində İsveçdə yaşayan diaspor təşkilatlarının və ictimai qurumlarının arasında "Stockholm United FM 2024 - SUSA FM 2024" mini futbol turniri başlayacaq. Turnirin təşkilatçısı və layihə müəllifi Stockholm United Sport Academy-nin ( SUSA ) rəhbəri, tanınmış azərbaycanlı, İsveçdə yaşayan və Azərbaycanımızı dünyaya tanıdan vətənpərvər, gözəl insan, məşqçi Rüfət Əhmədovdur.

Üçüncü dəfə keçirilən bu turnirdə 16 komanda, o cümlədən Azərbaycan komandası da iştirak edəcək. Komandamızın baş məşqçisi Şakir Bilalovdur.

Tunirin tərəfdaşları "Stockholm Fotbollförbundet", "Kenneth Öberg Stockholm FF Chef", informasiya dəstəyi "Oxumeni qəzeti" və "Oxumeni.az" saytıdır

Qeyd edək ki, ilk dəfə turnir 2022-ci ildə keçiirlmiş və Şuşa şəhərinə həsr edilmişdi. O vaxt Azərbaycan komandası fəxri 3-cü yeri tutmuşdu.

O vaxt Azərbaycanımızı yarışa "Stockholm United Sport Academy Fotboll Masterskap 2022" beynəlxalq turnirinin təşkilatçısı Rüfət Əhmədov hazırlamışdı.

Turnirdə keçirilən hər oyun və nəticələr barədə saytımızda ətraflı məlumat verəcəyik.

İyulun 5-də turnir iştirakçıları arasında püşk atılıb. 16 komanda 4 qrupa bölünüb.

Qruplar

A

Polşa

Nicaragua

Turkiyə

Qırğızıstan

⚽ B

Ukrayna

Ekvador

Tanzaniya

Özbəkistan

⚽️ C

Gürcüstan

Meksilka

Senegal

Qazaxstan

⚽️ D

İsveç

Braziliya

Nigeriya

Azərbaycan

Oxumeni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
74
oxumeni.az

1Sources