EN

Bu ölkədə 35 nəfər torpağın altındaQALDI

İndoneziyanın Sulavesi adasında qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində 11 işçi həyatını itirib.

Redaktor.az xəbər verir ki, bu barədə Gorontalo Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.

Məlumata görə, sürüşməyə səbəb güclü yağışların yağması olub. Hadisədən sonra bölgəyə axtarış-xilasetmə qrupları göndərilib.

Agentlik "qeyri-qanuni" işlədilən qızıl mədənində 35 işçinin sürüşmə nəticəsində yerin altında qaldığını, onlardan 11-nin cəsədinin tapıldığını qeyd edib.

Qeyd edək ki, 5 yaralı xilas edilib, qalan 19 nəfər üçün isə işlər davam etdirilir.

Türkan İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
redaktor.az

1Sources