EN

“Musson” Nepalda can aldı – 62 NƏFƏR ÖLÜB

Nepalda ölkə musson yağışlarının nəticəsində 62 nəfər həyatını itirib.

Busaat.az xəbər verir ki, bu barədə “Asian  News International” məlumat yayıb.

Qeyd edillib ki, Musson yağışlarının törətdiyi fəlakət və qəzalar nəticəsində Nepalın Qandaki vilayətində 62 nəfər ölüb, 90 nəfər yaralanıb.

Həmçinin, yağışlardan yaranan torpaq sürüşmələri nəticəsində bir çox evlər dağılıb.

Qeyd edək ki, hər ilin iyun və sentyabr ayları arasında musson yağışları Nepalda böyük fəsadlara səbəb olur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
95
busaat.az

1Sources