EN

“Sabah”ın rəqibindən növbəti qələbə

UEFA Konfrans Liqasında “Sabah”ın qarşılaşacağı “Makkabi” klubu növbəti yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, İspaniyada təlim-məşq toplanışında olan Hayfa təmsilçisi Andorranın “Atletik Eskaldes” klubu ilə görüş keçirib. Qarşılaşma “Makkabi”nin qalibiyyəti ilə nəticələnib. Belə ki, hayfalılar bu matçda 3:1 hesablı qələbə qazanıblar. “Makkabi” ilk hazırlıq görüşündə Andorranın digər təmsilçisi “İnter Eskaldes”i məğlubiyyətə uğratmışdı - 3:1. Qeyd edək ki, “Sabah” və “Makkabi” arasında ilk oyun iyulun 25-də İsraildə keçiriləcək. Komandalar 1 həftə sonra Bakıda cavab matçına çıxacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
matc.az

1Sources