EN

İspanlar kütləvi turist axınına etiraz edirlər

Bu gün İspaniya dünyanın ən çox turist qəbul edən ölkələri siyasında liderdir.

“Cebhe.info” xəbər verir ki, İspaniyaya çox turistin gəlməsi ilə bağlı son günlər etirazlar da səngimir. 

Belə ki, İspaniyanın məşhur şəhəri olan Barselonada 2800 nəfər kütləvi turizmə etiraz olaraq yürüş keçirib.

"Yetər! Turizmə məhdudiyyət qoyaq”, “Turistlər, evə qayıdın” kimi şüarlar səsləndirən etirazçılar, restoranlarda oturan turistləri əllərindəki su tapançaları ilə isladıblar.

Keçən il Barselonanın 12 milyondan çox turistə ev sahibliyi etdiyini bildirən etirazçılar, "Həddindən artıq turistlə bağlı 10 ildə kirayələr 68 faiz artdı və iş şəraitimiz pisləşdi” kimi fikirlər səsləndiriblər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
cebheinfo.az

1Sources