EN

Azərbaycan hərbçiləri Qazaxıstanda beynəlxalq təlimdə

Bu gün Qazaxıstanın Mangistau vilayətində "Bırlestık-2024" regional beynəlxalq təlim başlayır. Təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın hərbi kontingentləri iştirak edəcəklər.

Qazaxıstan Müdafiə Nazirliyi bildirib ki, hərbi manevrlər "Oymaşa" poliqonunda, eləcə də Tokmak burnundan iki kilometr aralıda yerləşən dəniz hissəsində olacaq.

İyulun 8-dən 17-dək hərbi kontingentlər silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyat hazırlayacaq və həyata keçirəcəklər.

Təlimə 4 minə yaxın hərbçi və 700-ə qədər silah və hərbi texnika cəlb ediləcək. Taktiki epizodlar quru və hava kəşfiyyatı qruplarının, dəniz xüsusi təyinatlılarının, ordu və cəbhə aviasiyası ekipajlarının, hərbi gəmilərin və qayıqların, artilleriya dəstələrinin, hücum və tank bölmələrinin iştirakı ilə yerinə yetiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
93
turan.az

1Sources