EN

Qazaxıstanda Azərbaycan hərbçilərinin iştirakı ilə təlimlər başlayıb – VİDEO

Qazaxıstanın qərbindəki Mangistau vilayətində “Birlestik-2024” regional beynəlxalq təlimləri başlayıb. Tədbirdə azərbaycanlı hərbçilər də iştirak edirlər.

Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatından aydın olub.

Bildirilir ki, təlimlərə xarici ölkələrdən, həmçinin, Qırğızıstan, Tacikistan və Özbəkistan Silahlı Qüvvələri də qoşulub.

“Hərbi manevrlar Oymaşa poliqonunda, həmçinin Tokmak burnundan 2 km məsafədə dəniz sahəsində keçiriləcək. İyulun 8-dən 17-dək hərbi kontingentlər silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyat hazırlayacaq və həyata keçirəcəklər”, – deyə məlumatda bildirilir.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
tempinfo.az

1Sources