EN

LDU-nun rektoru kollektivlə gəzintidə...

Lənkəran Dövlət Universitetinin (LDU) kollektivi hər ilki ənənəsinə sadiq qalaraq 2023/2024-cü tədris ilini də  möhtəşəm yay gəzintisi ilə yekunlaşdırıb.

 

LDU-dan AzEdu.az-a bildirilib ki, universitetin rektoru, professor Natiq İbrahimov başda olmaqla proffesor-müəllim-işçi heyəti Lənkəranın  Xanbulançay ərazisində salınmış istirahət məkanlarına səfər edib. Universitet rəhbərliyi və  LDU Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı, maliyyə dəstəyi ilə ərsəyə gələn  gəzintidə kollektivin arzu edən üzvlərinin hamısı iştirak edib.

 

Talış dağlarının qoynunda salınmış istirahət məkanı öz əsrarəngiz gözəlliyi ilə gəzintiyə qatılanlara gözəl əhval-ruhiyyə, xoş ovqat bəxş edib. Təbiətin bütün gözəlliklərinin vəhdət təşkil etdiyi  istirahət guşəsi dağı, dərəsi, meşəsi, gölü, bulağı,  ən əsası, saf havası ilə istirahətin dadını çıxartmaq istəyənlərin ürəyincə olub. Kollektivin rahat istirahət etməsi, əylənməsi üçün  əlverişli şəraitin olması, cənub mətbəxinin ləziz təamları, bulaq suyundan dəmlənmiş çay, yay meyvələri, növbənöv çərəzlər, əyləncəli oyunar gəzintiyə rəngarənglik, şux ovqat qatıb, gərgin tədris ilinin “yük”ünü atmağa yardımçı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
89
azedu.az

1Sources