EN

Sahibkar-dövlət, sahibkar-işçi münasibətlərinin tənzimlənməsi müzakirə edilib

Sahibkar-dövlət, sahibkar-işçi münasibətlərinin tənzimlənməsi müzakirə edilib

"New Baku" hotelində "Skal İnternational" beynəlxalq turizm peşəkarları təşkilatının Baku klubu ilə "Founder Club"un birgə təşkilatçılığı ilə hər iki qurumun biznes subyetləri üzvlərinin görüşü keçirilib. AFN.az xəbər verir ki, işgüzar səhər yeməyi (Networking Breakfast) çərçivəsində baş tutan görüşdə “Millennium Turizm Konqress DMC”nin direktoru, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) Biznes Şurasının üzvü Ruslan Quliyev şirkətin fəaliyyət istiqamətləri haqqında, eləcə də İCAPP Biznes Şurasının yaradılması, Azərbaycanın bu təşkilatda fəaliyyəti və gələcək planlar haqqında geniş məlumat verib. Qeyd edib ki, ICAPP Biznes Şurasının fəaliyyəti olduqca əhəmiyyətli formatdır. Şura bütün təmsil olunan dövlətlərin biznes təmsilçilərinin səsinə və onların ən yaxın tərəfdaşına çevrilmək, sahibkar-dövlət, sahibkar-işçi münasibətlərinin tənzimlənməsi üçun dialoq qurmaq və ölkələrarası sahibkarlığın dayanıqlı inkişafına dəstək olmaq missiyasının daşıyıcı olmaq funksiyasını öz üzərinə götürə bilər. Ancaq bu formatın təkmilləşdirilməsi üçün qarşılıqlı səylər artırılmalıdır. Bu platformada ölkələr qarşılıqlı iş birliyi, investisiyalar və ekspert dəstəyindən yararlanaraq, bütün vektorlar üzrə mükəmməl bir təcrübə ortaya qoya bilər.Xatırladaq ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) Asiya və Okeaniyada müxtəlif ideologiyalara malik olan siyasi partiyalar arasında mübadilə və əməkdaşlığı təşviq etmək üçün 2000-ci ilin sentyabrında Filippinin paytaxtı Manila şəhərində fəaliyyətə başlayıb. Qurum regionda qarşılıqlı anlaşmanı gücləndirməyə və etimadı dərinləşdirməyə çalışır və bu yolda siyasi partiyaların unikal rolu və kanalı vasitəsilə sülh və rifahı təşviq edir. 2021-ci il 3 sentyabr tarixində zoom vasitəsilə onlayn keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 36-cı iclasında DK üzvləri mikro, kiçik və orta sahibkarlıq müəssisələrində COVİD-19-un yaratdığı iqtisadi böhrandan iqtisadi bərpaya keçidə kömək etmək üçün İCAPP-a bağlı orqan kimi İCAPP Biznes Şurasının yaradılması ilə bağlı razılığa gəliblər.2023-cü ilin 30 aprel tarixində “Millennium Turizm Konqress DMC”nin direktoru Ruslan Quliyev İCAPP Biznes Şurasının üzvü seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
afn.az

1Sources