EN

Kreml Məsud Pezeşkianın qələbəsini şərh edib

“Rusiya İranın yeni lideri Məsud Pezeşkiana uğurlar arzulayır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə keçirilən prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.

O qeyd edib ki, Rusiya tərəfi öz suveren hüququndan istifadə edən İran xalqının seçiminə böyük hörmətlə yanaşır.

“Biz İranın yeni rəhbərliyinə uğurlar arzulayırıq və təbii ki, Tehranla müxtəlif sahələrdə çox, çox müsbət inkişaf dinamikası olan yaxın tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin davam etdirilməsinə ümid edirik”, – Peskov qeyd edib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
76
azpost.info

1Sources