EN

Tərəzi bürcü haqqında… Tərəzi bürcünün bürclərlə uyğunluğu… Tərəzi bürcü ayrılığı necə yaşayır?

Emosional temperamentli insanlar hər şeyin yaxşı getdiyini anlayanda rahatlıq tapırlar. Daim tarazlıq axtarışındadırlar və sevgi və məhəbbət olmadan yaşaya bilməzlər. Düzgün tərəfdaş tapdıqdan sonra həyatdan istədikləri kimi həzz alırlar. Bizimyol.info xəbər portalı Tərəzi bürcünün digər bürclərlə uyğunluğu haqqında hazırlanan məqaləni təqdim edir. Tərəzi duyğuları onu aldadana qədər təmiz sevir. O, cəlbedici və cazibədardır. Həmişə sevildiyini hiss etmək istəyir. İstəsə vərdişlərini asanlıqla dəyişə bilər. Vəfasızlıqda günahlandırılsalar belə, sevginin qədrini biləcək qədər sağlam düşüncələri var. Sevgi sözü onlar üçün çox şey deməkdir. Şübhəsiz ki, onlar mükəmməl sevgililərdir. Bəzən sevgisiz yaşamaq qorxusuna görə, yanlış münasibətlər qura bilirlər. Tərəzilər problemlərinizi böyük məmnuniyyətlə dinləyəcək və sizə kömək etmək üçün bütün imkanlarından istifadə edəcəklər. Tərəzinin inandırma qabiliyyəti çox yüksəkdir. Onun yanında olanda köhnə xəyal qırıqlıqlarını unudabilərsən. Tərəzi kişisi yüz yaşında olsa belə, əks cinsə olan marağını itirməyəcəyi üçün həmişə izdihamlı yerdə və qadınların əhatəsində olacaq. Maraqlısı odur ki, onlar ayrılanda sevgililəri ilə dost qala bilən nadir insanlardır. Tərəzinin bütün sirlərinizi öyrənməyə marağı yoxdur. Tərəzi kişisi həm də həyatın yaxşı mühakiməçisidir. Tərəzi bürcünün inanclarına hörmət etməlisiniz. Çünki onlar üçün yalan son dərəcə iyrənc və dəhşətli bir şeydir. Tərəzi və Qoç bürc uyğunluğu Qoç həyəcanlı, şən, aktiv və ehtiraslıdır. Onun diqqətini asanlıqla cəlb edə bilərsiniz. Mars və Veneranın toqquşması əks etdirən bir əlaqədir. Siz balanslı və ağıllı insansınız. Əgər Qoç bürcünü sevsəniz və onun üçün əvəzolunmaz biri olsanız münasibətiniz ömür boyu davam edəcək. Tərəzilər sevgi üçün yaradılıb. Qoç üçün Tərəzi ilə əlaqə qurmaq çətin olmayacaq. Hər ikisi bu münasibətə həvəslə təslim olacaqlar. Tərəzi və Buğa bürc uyğunluğu Hər ikiniz Venera insanı olduğunuz üçün bir-birinizi sevməmək mümkün deyil. Buğa gözəl, təsirli və cazibədar Tərəzi bürcündə istədiyi hər şeyi tapacaq. Hər ikisi evlənməyə hazırdır. Tərəzi bürcünün həyatı həmişə birlik üzərində qurulduğu üçün tək yaşamağı sevmir. Tərəzinin axtardığı hər zaman isti ailədir. Tərəzi və Buğa münasibətlərini korlayan tək şey Buğanın qısqanclığı və Tərəzi bürcünün həddindən artıq şıltaqlığıdır. Astrologiyanın düzgün əlaqələrindən biridir. Münasibətinizə diqqət yetirsəniz, bu münasibət ömür boyu davam edəcək. Tərəzi və Əkizlər bürc uyğunluğu Çoxyönlü, ağıllı, zarafatcıl, bilikli və mədəni Əkizlər bürcündən dərhal təsirlənəcək və ona aşiq olacaqsınız. Aranızda çoxlu ümumi mövzular var. Ağıllı Əkizlər hiss etdiyiniz hər şeyi dərhal anlayacaq. Ancaq onun gözləntilərini də qarşılamalısınız. Əkizlər bürcü ilə evlənmək istəyirsinizsə, onu ömür boyu maraqlandıracaq maraqlı mövzular tapmalı və ona ömürlük marağınızı göstərməlisiniz. Bu sevginin uzun sürən bir əlaqə olduğunu söyləyə bilərik. Tərəzi və Xərçəng bürc uyğunluğu Xərçəng romantik və emosionaldır. O, sevgiyə çox dəyər verir. Onun nəzakətli və incə davranışı sizi heyran edə bilər, dərhal evlənmək istəyəcək və Xərçəngin emosional dünyasına çəkildiyinizi hiss edəcəksiniz. Başlanğıcda hər şey yaxşı olacaq və onun həyatınızın əsas insanı olduğunu düşünəcəksiniz. Xərçəng sizin qədər sosial deyil və ailə münasibətləri xaricində ətraf mühitə açıq olmaya bilər. Siz səyahət etmək və əylənmək istəsəniz, Xərçəng evdə qalmağa üstünlük verə bilər. Aranızda tarazlığı qura bilsəniz, bu əlaqəyə şans vermək olar. Tərəzi və Şir bürc uyğunluğu Şir səxavətli, əyləncəli, paylaşan və sevəndir. Bu münasibətdə axtardığınız hər şey boldur. Şir sizin zərifliyiniz, cazibədarlığınız və söhbətinizə heyran qalacaq. Şərəfli Şir üçün unikal həyat yoldaşı və sevgili olacaqsınız. Özünüzə əminsinizsə, bu əlaqəyə dərhal başlaya bilərsiniz. İnanın, peşman olmayacaqsınız. Sizi harmonik həyat və gözəl birlik gözləyir. Tərəzi və Qız bürc uyğunluğu Qız bürcü sizin üçün uyğun əlaqə deyil. Onunla maliyyə sahəsində və sosial həyatda anlaşa bilərsiniz. Qız bürcü də sizin kimi dostluğu sevir. Ətrafında dostlarının olmasını istəyir. Duyğulardan çox məntiqlə maraqlanan Qız bürcü üçün həddindən artıq həssassınız. Bir-birinizə özünüzü izah etməkdən yorula bilərsiniz və daha çox enerji sərf etmək istəmədiyiniz üçün bu münasibətlə vidalaşacaqsınız. Tərəzi və Tərəzi bürc uyğunluğu Mükəmməl münasibətiniz var. Bu nəcib, balanslı və cəlbedici bir roman kimidir. Bir-birinizlə həssaslığınızı qidalandıra bilirsiniz. Bu qədər ortaq cəhətləriniz olacağı üçün aranızdaki problemlər günlərlə bitməyəcək. Hər ikiniz dinc və rahat həyat arzulayırsınız. Bir-birinizə inam və hörmətiniz var. Hər ikiniz haqsızlıq qarşısında reaksiya göstərəcəyiniz üçün aranızda qarşısını ala bilməyəcəyiniz döyüşlərə hazır olun. Hər şeyə rəğmən ideal münasibətdir. Tərəzi və Əqrəb bürc uyğunluğu Əqrəb bürcündə dərin emosiyalar var. Sevgi və seksuallıq onun üçün həyatın əvəzolunmaz hissləridir. Həm də inanılmaz dərəcədə qısqanc olan bu insanla anlaşmaq həmişə asan olmur. Əgər onun etibarını qazansanız, o sizə həyatınızda bir daha tapa bilməyəcəyiniz bir sevgi təklif edəcək. Hərəkətlərinizin məhdudlaşdırılmasına dözə bilsəniz, sizi xoşbəxt etmək üçün əlindən gələni edəcək və sizi heç kimlə paylaşmayacaq. Tərəzi və Oxatan bürc uyğunluğu Oxatanı bəyənə bilərsiniz. İkili xarakterli olan bu insanla yaşamaq sizə çox əyləncə bəxş edəcək. Yeniliklərə önəm verən, şən və cazibədar Oxatan daha əvvəl görmədiyiniz dünyanın qapısını açacaq. Bir Oxatanla yaşamaq həmişə asan olmur. Asan sıxılan və məhdudiyyətlərə dözə bilməyən Oxatan sizdən çox tez uzaqlaşacaq. Yaxşı olar ki, əvvəlcə onunla dost olmağa çalışasınız. Əgər həqiqətən bir-birinizə qayğı göstərməyi və hörmət etməyi bacarırsınızsa, bu əlaqəni sınamalısınız. Tərəzi və Oğlaq bürc uyğunluğu Oğlaq bürcü həqiqətən yüksək keyfiyyətli təbiətə malikdir və hisslərini göstərmir. Onların baxışları sizinkindən çox fərqlidir. Maddə və duyğular arasında gözəl bir tarazlıq var. Seçici və keyfiyyətli zövqlərə sahib olan Oğlaq sizi tərifləməyəcək. Onunla ayaqlarınız yerə möhkəm basacaq və həyata daha realist baxacaqsınız. Daimi diqqət istəyən Tərəzi üçün təəccüblü və əyləncəli münasibət olacaq. Bu əlaqə hər mənada fərqli olacaq və seçiləcək. Tərəzi və Dolça bürc uyğunluğu Qarşınızda ən yaxşı anlaşa biləcəyiniz insanlardan biri var. Dolça sərbəst rəftarı ilə sizə sarsıdıcı təsir göstərə bilər. Başqalarından fərqli davranan bu ağıllı şəxsin yanında olmaq sizin üçün qürur olacaq. Dolça ətrafında onlarla insan varkən sizi seçəcək. Bir növ sizi şərəfləndirəcək. Əvvəlcə onun rəğbətini qazanmaq üçün çox səy göstərəcəksiniz. Rahat görünüşünün altında onun mühafizəkarlığını kəşf etdiyiniz gün münasibətiniz həqiqətən yerinə düşəcək. Gözəl və harmonik birlikdir. Tərəzi və Balıqlar bürc uyğunluğu Balıqları bəyənə bilərsiniz. Aranızda dərin sevgi də yarana bilər. Amma sizin kimi rasional və məntiqli olmayan biri üçün Balıqlarla yaşamaq asan deyil. Onun daim dəyişən duyğuları, qısqanclığı və rəngarəng daxili dünyası sizə real görünməyəcək. Həyata onun kimi fatalist və xəyalpərəst baxmadığınız üçün bu münasibətdən sıxılma ehtimalınız yüksəkdir. Balıqlara aşiq olsanız belə, birlikdə yaşamaq çox çətindir və gec-tez ayrılıq qapınızı döyəcək. Tərəzi bürcü ayrılığı necə yaşayır? Siz sevgi mələyisiniz. Arxada qoyub getdiyiniz gözüyaşlı sevdiklərinizi sevə-sevə xatırlayırsınız. Yenicə bitmiş sevgidən sonra sanki dünyanız yıxılacaq. Bir daha bu qədər sevə bilməyəcəyinizi düşünəcək və günlərlə ağlayacaqsınız. Sanki səma boşdur və bütün yağışlar sizin gözlərinizdən axacaq. Belə ürək ağrısına kim dözə bilər... Bu ayrılığın bir həyatın sonu olmadığını qəbul etməlisiniz. Həyat sürprizlərlə doludur və ayrılığı ilk yaşayan siz deyilsiniz. İştirak etdiyiniz hər görüşdə sizə heyran qalan insanlar tapacaqsınız və bir gün onlardan birini həqiqətən sevəcəksiniz. Bunun baş verəcəyini bilə-bilə üzülməyə davam etməyin mənası yoxdur. İlahin, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
bizimyol.info

1Sources