EN

Kütləvi daşqınların insanlara Təsiri

Kütləvi daşqınlar son günlərdə Hindistan, Nepal və Banqladeş ərazilərini bürüyüb, çoxlu sayda insan həlak olub.

News24.az xəbər verir ki, genişmiqyaslı xilasetmə əməliyyatları davam edir, səlahiyyətlilər minlərlə insanı sığınacaqlara yönəldir, eyni zamanda qapalı qalanlara ərzaq və təchizat göndərir.

Bir neçə ölkədən axan Brahmaputra və Koşi də daxil olmaqla böyük çaylar güclü yağış səbəbindən sahillərini aşıb.

Səlahiyyətlilər cümə axşamından bəri Nepalda14 nəfərin öldüyünü, əsas magistralların bağlandığını  söyləyib.

Onlar hesab edir ki, bu ilki təbii fəlakətlər indiyədək 40-dan çox insanın ölümünə səbəb olub.Buna görə də Nepal və Hindistandan axan Koşi çayı təhlükə səviyyəsindən yuxarı axdığı üçün ölkənin cənub-şərqindəki sakinləri ayıq-sayıq olmağa çağırıblar.

Son olaraq onu da qeyd edək ki, BMT-dən verilən məlumata görə "normadan yuxarı" yagışın sentyabr ayına qədər davam edəcəyi gözlənilir.

Məryəm


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
news24.az

1Sources