EN

"Bu oyuna qədər "Sumqayıt"ı tanımırdım"

"Orenburq"un qapıçısı Boqdan Moskviçyev "Sumqayıt"a qarşı keçirilmiş yoxlama görüşündən sonra klubun mətbuat xidmətinə danışıb.

Sportal.az xəbər verir ki, rusiyalı qapıçı komandasının "Sumqayıt" üzərində 2:1 hesablı qələbəsini şərh edib:

"Qalib gəldiyimizə görə şadam. "Sumqayıt" heç də pis komanda deyildi. Düzü, bu oyuna qədər "Sumqayıt"ı tanımırdım. Oyunun gedişində gördüm ki, yaxşı komandadır. Topla çox yaxşı idilər. Hücumda da yaxşı təşkilatlanmış komandadır. Maraqlıdır ki, komandamız iki qolu mən meydandan çıxdıqdan sonra vurdu. Əsas odur ki, qələbə qazandıq".

Qeyd edək ki, 20 yaşlı qolkiper "Zenit"ə məxsusdur və "Orenburq"da icarə əsasında çıxış edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
2
sportal.az

3Sources