EN

“Şəhid ailələrinin cəmiyyətə sağlam inteqrasiyasina dəstək olaq” layihəsinin icrası Qubada davam etdi — FOTOLAR

“Şəhid ailələrinin cəmiyyətə sağlam inteqrasiyasina dəstək olaq” layihəsinin icrası Qubada davam etdi.

02 iyul 2024 tarixdə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Modern İnkişaf və Ailə İB, təşkilatçılığı ilə Quba şəhərində “Şəhid ailələrinin cəmiyyətə sağlam inteqrasiyasina dəstək olaq” adlı laihə çərçivəsində ölkmizin müxtlif bölgələrindən olan şəhid ailələrilə birlikdə Quba şəhərinə yola düşdülər

Yolda səhər yeməyindən az sonar Quba şəhərinə çatdıq və Qubadan olan şəhid anaları ilə görüşdükdən sonar layihə rəhbəri Zərifə Quliyeva çıxış edərək iştirak etdiləri salamladı. Layihə haqqında geniş məlumat Verdi səfərin məqsədini açıqladı.

Səfərin məqsədi şəhid ailələrinin reablitasiyasının həyata keçirilməsi idi. Buna görədə şəhid ailələri üçün konfrans, yemək süfrələrinin açılması, gəzintilərin təşkili planlaşdırıldı. Quba rayonundan olan bir qrup şəhid ailəlsinin dəvət edilərək bizimlə bərabər gəzintilərdə iştirak etməsi şəhid ananalarının bir biri ilə tanışlığının təşkilindən başqa onların böyük sevinclərinə də səbəb oldu. Dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğı və diqqət vətəndaş olaraq bizimdə qarşımızda vəzifələr qoyur. Layihə rəhbəri vurğuladı ki, şəhid ailələrinə diqqət yönümündə bu həyata keçirlən tədbirin davam etdirilməsi onlara mənəvi dəstək, olmaq gənclərin vətənpərvərklik ruhunda tərbiyyə edilməsinə də böyük təsirdir. Bu baxımdan səfər xarakterli tədbirimizi eyni zamanda maarifləndirici tədbir kimi qiymətləndirilməsini daha vacib hesab edirik.

Zərifə xanım Quliyeva bildirdi ki, birlik tərəfindən şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına sosial, mənəvi dəstək yönümlü layihə və tədbirlər gələcəkdə də uğurla davam etdiriləcək. Belə layihələr Azərbaycan Dövlətinə ictimai dəstəkdir.

Quba rayonunj tarixi və gözəl əraziləri, müqəddəs şəhidlər xiyabanı və Quba Memorial Kompleks ziyarət olundu. Şəhidlərimizin ruhlarına dualar oxundu.
02 iyul 2024-cü il tarixində Quba rayonunda yerləşən Quba Bərpa Spa Mərkəzinin konfrans salonunda şəhid ailələri üçün konfrans təşkil edikldi. Konfransı layihə rəhbəri açaraq şəhid ailələrini salamladı. Müxtəlif çıxışlar edilsə də fikir bir oldu. Bu şəkildə layihələrin icrası hər bir şəhid ailəsinə böyük bir hədiyyə olmuşdur.

Konfransın sonundea xatirə şəkli çəkildi və 45 nəfərdən ibarət şəhid ailəsinə layihə adından qiymətli hədiyyələr verildi. “Şəhid ailələrinin cəmiyyətə sağlam inteqrasiyasina dəstək olaq” layihəmiz hər bir şəhid ailəsinin xatirəsində xoş izlər buraxdığına əminliklə iki günlük istirahətdən sonar Bakıya dönüş edildi.
























Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
100
1
demokrat.az

2Sources