EN

Hindistanda daşqınlar ciddi problemlər yaradıb

Hindistanda daşqınlar ciddi problemlər yaradıb

Hindistanın ən sıx məskunlaşdığı Mumbayda həddindən artıq yağıntı səbəbindən baş verən daşqınlar ciddi problemlər.“India Today” qəzetinin xəbərinə görə, 21,3 milyon əhalisi olan Maharaştra əyalətinin paytaxtı Mumbayda 6 saat ərzində 300 millimetrdən çox yağış yağıb.Bu gün səhər saatlarında yağan leysan yağışları nəticəsində şəhərətrafı qəsəbələrdə və dağlıq ərazilərdə daşqınlar baş verib, əsas yolların su altında qalması səbəbindən bütün şəhərdə nəqliyyatın hərəkəti dayandırılıb.Qatarların hərəkətinin ləğv edildiyi Mumbayda 27 aviareys müxtəlif hava limanlarına yönləndirilib, 50 reys isə ləğv edilib.Digər tərəfdən Maharaştra əyalət hökuməti Mumbai şəhəri, Ratnagiri və Sindhdurq bölgələrindəki bütün məktəblərdə təhsil və təlimin dayandırıldığını açıqlayıb.Xatırladaq ki, iyunun əvvəlindən Hindistanın şimal-şərqindəki Assam və Manipur ştatlarında daşqınlar nəticəsində 58 nəfər ölüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
afn.az

1Sources