EN

Kreml Türkiyənin sülh platforması ideyasını DƏSTƏKLƏDİ

Moskva Türkiyənin Rusiya-Ukrayna müharibəsinin həlli üçün sülh platforması ideyasını dəstəkləyib.

interpress.az xəbər verir ki, bunu Rusiyanın mətbuat katibi Dmitri Peskov deyib. Bildirilir ki, Kreml Türkiyənin Ukrayna müharibəsinin həlli üçün “sülh platforması” ideyasını dəstəkləyir.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan “qütbləşmənin pisləşməsinin qarşısını alacaq” sülh platformasının yaradılmasını təklif etmişdi ki, burada prioritet diplomatiyaya veriləcək.

O, həmçinin Rusiya-Ukrayna müharibəsinin həllinə mümkün qədər çox iştirakçının cəlb edilməsinə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
interpress.az

1Sources