EN

Makronun xahişi ilə Attal vəzifəsini icra edəcək

Fransa prezidenti Emmanuel Makron “ölkənin sabitliyini təmin etmək” üçün baş nazir Qabriel Attaldan hələlik vəzifəsində qalmasını istəyib.

BFMTV Yelisey Sarayına istinadən xəbər verir ki, "dövlət başçısı xüsusilə də rəhbərlik etdiyi Avropa və qanunvericilik seçkiləri kampaniyalarına görə Qabriel Attala təşəkkür edib".

Attal istefa ərizəsi vermək üçün bazar ertəsi prezident aparatına gəlib. Bu ilin yanvarında baş nazir təyin olunan o, ötən bazar günü növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, prezidentyönlü düşərgənin aşağı palatada çoxluq qazana bilmədiyi məlum olanda istefaya gedəcəyini açıqlamışdı.

Xəbər verdiyimiz kimi, seçkilərdə ən çox səs toplayan solçu “Yeni Xalq Cəbhəsi” partiyaları bloku 182 deputat mandatı qazanıb. Prezidentyönlü “Birgə” koalisiyası 168 mandat qazanıb. Jordan Bardell-in Milli Rallisi 143 yer qazanıb.

Heç bir siyasi qüvvə mütləq parlament çoxluğuna nail ola bilməyib ki, bunun üçün 577 deputat yerinin 289-u olmalıdır.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
oxumeni.az

1Sources