EN

Bakıda III “SALAM” Beynəlxalq Gənclər və Uşaq Filmləri Festivalı keçiriləcək - FOTO

"2024-cü il avqust ayının 26-dan 29-dək Azərbaycanda, Bakıda III "SALAM" Beynəlxalq Cənclər və Uşaq Filmləri Festivalı keçiriləcək. Festivalda Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna, Böyük Britaniya,İtaliya, Almaniya, İsveç, Polşa, Belçikadan 400-ə yaxın məktablinin iştirakı gözlənilir. Festivalın proqramı və festival müsabiqəsində iştirak edən filmlər daha sonra təqdim olunacaq. Yenilikləri sosial şəbəkələrdəki səhifələrimizdən izləyin.

"SALAM" Beynəlxalq Cənclər və Uşaq Filmləri Festivalı 2019-cu ildə "Narimanfilm" kinokompaniyası tərəfindən təsis edilib, festivalın Baş sponsoru "PAŞA Holding"dir. Festival Azərbaycan Respublikası Elm və Təhsil, Mədəniyyət Nazirliklərinin dəstəyi ilə keçirilir.

2-5 sentyabr 2019-cu il tarixlərində keçirilən "SALAM" Festivalının birinci buaxılışı böyük uğurla keçdi. Müxtəlif ölkələrin filmlərinin nümayişi, rejissor və aktyorlarla görüşlər, filmlərin müzakirələri, eləcə də böyük ekranda yeniyetmələrin çəkdikləri qısa videoçarxların nümayişi qonaqlarda və iştirakçılarda xüsusi təəsürat yaradıb. Festivalda iştirak edən 300 yeniyetmənin hər biri bu dörd günü böyük məmnuniyyətlə keçirib. Bir sözlə, 11 ölkənin (Almaniya, İtaliya, Makedoniya, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, Xorvatiya, Hindistan, Pakistan və Azərbaycan) nümayəndələrini birləşdirən bu Festival cəmiyyətimizin mədəni həyatında özünəməxsus yer tuta bildi, həm də digər ölkələrdə müsbət rəylərə səbəb olub. Nəticədə, ikinci SALAM Festivalında iştirak etmək üçün həm Bakı şəhəri, həm regionlardakı məktəblərdən, həm də xarici ölkələrdən müraciətlər daxil olmağa başladı. Beləliklə, İkinci dəfə keçirilən SALAM Film Festivalında 400-dən çox yeniyetmə iştirak edib. Festivalda 15-ə yaxın xarici ölkə təmsil olunub. Əminik ki, builki festival da iştirakçıların yaddaşında xoş xatirələr buraxacaq və ölkəmizin mədəniyyət gündəmini canlandıracaq.

Qeyd etmək istəyirəm ki, "SALAM" Beynəlxalq Gənclər və Uşaq Filmləri Festivalının əsas məqsədi, azərbaycan yeniyetmələrinin digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, Vətənimizin mədəniyyətinin propoqandası, gəncliyin ümumdunya mənəvi dəyərlərinə uyğun tərbiyə olunması, eləcə də, professional filmlərin nümayişi vasitəsi ilə gənc nəsildə bədii zövqünün və kino anlayışının formalaşmasına təsir etməkdir" - bu barədə müsahibəsində "SALAM" Beynəlxalq Cənclər və Uşaq Filmləri Festivalının təsisçisi və rəhbəri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov bildirib.

Qeyddən keçmək  https://www.salamfest.az/en/contacts

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
129
milli.az

1Sources