EN

Aİ-yə sədrlik Macarıstandan alınır?

İyulun 10-da Avropa İttifaqına üzv ölkələrin səfirləri Macarıstanın baş naziri Viktor Orbanın, Rusiyaya son səfərlərini müzakirə edəcəklər.

News365.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Avropa məsələləri üzrə redaktoru Rikard Jozviak "X" sosial şəbəkəsində məlumat verib. O, Aİ-yə sədrliyin Macarıstandan alına biləcəyinə eyham vurub. 

"Avropa İttifaqı səfirləri çərşənbə günü Macarıstan və Orbanın, xüsusən də Rusiyaya son səfərlərini müzakirə edəcəklər. Bunun baş verməsi ehtimalı az olsa da, bəzilərinin dediyi kimi, yenidən quruma rəhbərliyin qarşısını almaqla bağlı materiallar çıxarıblar"", - Jozviak yazıb.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
news365.az

1Sources