EN

Kreml: "Orbanın sülhməramlı təşəbbüsləri təqdirəlayiqdir"

"Kreml Macarıstanın baş naziri Viktor Orbanın siyasi dialoq iradəsini yüksək qiymətləndirir".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Orban Ukrayna prezidenti Vladimir Zelenskini bütün cəbhə xətti boyunca atəşi dayandırmağa və bunu Rusiya ilə hər hansı danışıqlar başlamazdan əvvəl etməyə inandırmağa çalışıb:

"Orbanın münaqişənin həlli ilə bağlı göstərdiyi təşəbbüsü alqışlayırıq".

Qeyd edək ki, iyulun 5-də Viktor Orban Moskvaya səfər edib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Onların danışıqlarının əsas mövzusu Ukrayna münaqişəsinin həlli imkanları olub.

Gülşən Şərif

Chosen
68
bakivaxti.az

1Sources