EN

Qarabağa turisitlərin axını digər turizm bölgələrinə necə təsir edəcək? Ekspert AÇIQLADI

Qarabağın işğaldan azad edilməsi Azərbaycanda turizm bölgələrinə təlabatı dəyişdi. Bir zamanlar turistlər daha çox şimal vəcənub bölgələrinə üstünlük verirdilərlə son illər gözəl təbiətə malik Qarabağa turislərin marağı artıb. Bu bölgələrə üz tutan həm xarici, həm də yerli vətəndaşların sayı kifayət qədərdir.

Maraqlıdır, işğaldan azad olunmuş bölgələrimizə turistlərin axını digər bölgələrə necə təsir göstərib?

Mövzu ilə əlaqədar turizm eksperti Ceyhun Aşurov Redaktor.az-a danışdı.

O bildirdi ki, hazırda turistlərin böyük əksəriyyəti işğaldan azad olunmuş ərazilərə səyahət edirlər:

"Bu bölgələr üçün müəyyən marşrutlar təyin olunub və beləliklə, artıq bir neçə günlük turlar təşkil edilir. Ölkə daxilində həmin ərazilərə böyük maraq var, bura səyahət imkanları artıqca insanlar o bölgələri görmək üçün can atırlar. Təsadüfi deyil ki, ötən dəfə bayram ərəfəsində 5 minə yaxın insan öz şəxsi maşını ilə, 20 minə yaxın turist isə digər vasitələrlə bu ərazilərə səyahət edib. Əsasən Laçın, Kəlbəcər, Şuşa, Xankəndi şəhərlərinə üstünlük verilir. Azərbaycan vətəndaşları da daxil olmaqla olmaqla, xüsusi icazə üçün xeyli sayda şəxs müraciət edib".

Ekspert onu da qeyd etdi ki, səyahət edənlərin çoxu öz dədə-baba ocaqlarını, doğma yurdlarını görmək istəyənlərdir:

"Qalan səyahətçilər isə bizim digər bölgələrimizin sakinləridir ki, Qarabağ torpaqlarını yaxından görmək, müharibədən sonrakı dövrlə tanış olmaq istəyirlər. Lakin demək olmaz ki, Qarabağ zonasına marağın artması digər turizm bölgələrinə ciddi şəkildə təsir edəcək. Çünki qeyri-iş günlərində biz Quba, Qusar, Gəncə, Qəbələ və digər turistik bölgələrimizə böyük insan axınını müşahidə edirik. Lakin bu ərazilərə olan qısamüddətli turların müəyyən hissəsi Qarabağa yönəlib. Nəzərə alsaq ki, işğaldan azad olunmuş bölgələrdə hələ kifayət qədər qalmaq üçün yerlər inşa olunmayıb. Daha çox turistin orada yerləşdirilməsi, qidalanması ilə bağlı məsələlər elə də asan deyil. Buna görə də orada qısamüddətli turlar daha çox təşkil edilir. Ümumi götürdükdə isə ölkədə turizm aktivliyi kifayət qədərdir".

Sevinc İBRAHİMZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
2
redaktor.az

3Sources