EN

Nazirlik klubu yeni baş məşqçisinin adını nə vaxt açıqlayacaq?

«Yeni baş məşqçinin kimliyinə yaxın günlərdə aydınlıq gəlməlidir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.

Səkkiz ildən sonra fəaliyyətini bərpa edən «polislər» qayıdış mövsümün II Liqada keçirib. Daxili İşlər Nazirliyinə aid klub debüt sezonunda 9-cu pilləni tutub.

Nəticələr qaneedici olmadığından, rəhbərlik İsmayıl Vəkiliqazicahanini baş məşqçi postunda saxlamamağı gərək bilib.

Düzdür, cənubi azərbaycanlı mütəxəssis hələ də buralardadır, ancaq Seyidov bildirib ki, o, sadəcə, köməkçi işlərdə çalışmağa davam edəcək:

«Baş məşqçi postuna bir neçə namizədimiz var. Onlar arasından seçim edəcəyik.

İkinci Liqada növbəti mövsüm sentyabrda başlayacaq. Demək istədiyim odur ki, hələ vaxtımız var.

İsmayıl Vəkiliqazicahani ən yaxşı halda ikinci məşqçi kimi burada qalacaq. Bilirsiz, onun xanımı Bakıda işləyir.

Uşağı burada oxuyur. Əgər biz İsmayılı klubdan tamamilə kənarlaşdırsaq, gərək ailəsini də götürüb Azərbaycandan getsin.

Çünki miqrasiya ilə bağlı sənədləşmə «Dinamo» üzərindən aparılıb».

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
sportinfo.az

1Sources