EN

COP29 üzrə “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni yaxın zamanlarda hazır olacaq

Bakı. Trend:

Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə”Sazişinin yekun mətni müvafiq dövlət qurumlarının rəyləri nəzərəalınmaqla yaxın zamanlarda hazır olacaq.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasınınrəhbəri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar TəşkilatKomitəsinin sədri Samir Nuriyev iyulun 8-də komitənin beşinciiclasında bildirib.

Azərbaycanın COP29 prioritetləri barədə danışan Samir Nuriyevmüxtəlif dövlət qurumlarının təklifləri əsasında, eləcə də BMT vədigər beynəlxalq qurumlarla intensiv müzakirələr nəticəsində 14təşəbbüsdən ibarət ilkin təkliflər siyahısının hazırlandığınıbildirib.

Samir Nuriyev qeyd edib ki, artıq BMT ilə razılaşdırmaqlaCOP29-un tematik günlərinin bölgüsü aparılıb.

Məqalədə:
Chosen
62
24
az.trend.az

10Sources