EN

Xarici siyasətBaş prokuror Vyanada COP29-la bağlı görüş keçirib - YENİLƏNİB

Vyanaya işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev BMT-nin Cinayətkarlıq və Narkotiklər idarəsinin (BMTNCİ) direktoru vəzifəsini icra edən Con Brandolino ilə görüşüb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Nümayəndə heyətini salamlayan C.Brandolino, ölkəmizdə aparılan uğurlu xarici siyasətin, müsbət tərəfdaşlıq mühitinin formalaşması və uzunmüddətli səmərəli əməkdaşlıq nəticəsində cari ilin 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin önəmindən və Azərbaycanın qlobal ekoloji problemlərin həllinə töhfəsindən danışıb. Brandolino həmçinin Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakıda keçiriləcək 29-cu konfransı münasibətilə də təbrik edərək, BMTNCİ-nin tədbirə mütləq şəkildə qatılacağını bildirib.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Baş prokuror Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində BMT-nin müxtəlif institutları ilə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu və BMTNCİ birgə təşkilatçılığı ilə ölkəmizin sədrliyinin təşəbbüsü ilə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda yüksək səviyyəli tədbirin təşkilati məsələləri, biomüxtəlifliyin qorunması və ətraf mühitə təsir edən cinayətlərin aradan qaldırılması sahəsində əməkdaşlıq və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli iştirak edib.

16:05

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyaya işgüzar səfərə gedib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Kamran Əliyev və Avstriyanın Baş prokuroru Margit Vaxberger arasında ikitərəfli görüş keçirilib.

Margit Vaxberger nümayəndə heyətini salamlayaraq iki ölkə arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluğunu vurğulamaqla, bu əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Kamran Əliyev ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.

Baş prokuror Azərbaycanda hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində prokurorluq orqanlarında aparılan islahatlar, Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparılması barədə həmkarına məlumat verib.

Kamran Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un, cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının Azərbaycanda keçiriləcəyini bildirərək həmkarına dəvətini qəbul edərək tədbirdə nümayəndə heyəti ilə iştirakına görə təşəkkürünü ifadə edib.

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, terrorçuluqla mübarizə, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Chosen
94
19
far.az

10Sources