EN

Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Los-Ancelesdəki malikanəsi satılacaq

Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Los-Ancelesdəki malikanəsi müsadirə olunacaq.

Hurriyyet.az-ın “Armenia Today” saytına istinadən məlumatına görə, bu barədə razılıq ölkənin Baş Prokurorluğu ilə ABŞ-nin müvafiq orqanları arasında əməkdaşlıq çərçivəsində əldə edilib.

ABŞ məhkəməsinin qərarı ilə həmin malikanə cinayət yolu ilə əldə olunmuş əmlak hesab olunub.

Onun sonrakı taleyi ilə bağlı bildirilib ki, malikanə ən yüksək bazar qiyməti ilə dəyərləndirilib satılacaq.

Hazırda Ermənistan tərəfi ABŞ-nin müvafiq orqanları ilə əldə olunacaq vəsaitin böyük hissəsinin ölkəyə qaytarılması ilə bağlı danışıqlar aparır.

Chosen
82
4
hurriyyet.az

9Sources