EN

Merkuris: “Zelenski sülhü seçsə, “Azov” onunla “məşğul olacaq“

Əgər Ukrayna prezidenti Volodimir Zelenski  Rusiya ilə sülh danışıqlarına başlasa, Ukrayna Silahlı Qüvvələrinin “Azov” milli batalyonunun yaraqlıları onunla "məşğul olacaqlar" .

News365.az xəbər verir ki, bu barədə britaniyalı analitik Aleksandr Merkuris bildirib.

Onun sözlərinə görə, “azovçular” artıq Zelenskini hədələyirlər. Qeyd edirlər ki, Kiyev rəhbəri əgər Rusiya ilə danışıqlar aparsa, “onun ardınca gələcəklər”.

"Döyüşçülər əvvəllər də oxşar təhdidlər səsləndirmişdilər və düşünürəm ki, onların xəbərdarlıqlarını ciddi qəbul etməmək böyük səhv olardı", - Merkuris bildirib.

Eyni zamanda ekspert əlavə edib ki, Ukrayna milli batalyonlarının yaraqlıları Kiyev və Moskva arasında uğurlu sülh danışıqlarından sonra da döyüş əməliyyatlarını davam etdirməyə hazırdırlar.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az

 


Chosen
66
news365.az

1Sources