EN

“Bu qeyri-insanlara cavab verəcəyik” – Zelenski


“Ukrayna Rusiyanın Kiyevi atəşə tutmasına cavab verəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tusk ilə Varşavada keçirdiyi mətbuat konfransında deyib.
“Ağır xəstələrin müalicə olunduğu xəstəxanaya zərbə. Kremldən gələn ağılsızlar yenə rüsvayçılıq nümayiş etdirirlər. Onlar artıq Ukraynanın hava hücumundan müdafiə sisteminin işlədiyinə dair siqnallar yayırlar. Güya bu, onların hesablanmış zərbəsi deyil, Ukraynanın hava hücumundan müdafiəsidir”, - Zelenski bildirib.
Ölkə başçısı həmçinin ukraynalılara təşəkkür edib:
“Mən bu və ya digər raketin bir hissəsini deyil, bu gün Ukraynada çoxlu sayda insanın yaralanmasına və ölümünə səbəb olan birbaşa raket zərbəsini xüsusi olaraq göstərən videolar dərc etməyə başlayan bütün ukraynalılara minnətdaram. Şübhəsiz ki, biz bu terrorçuların məhv etdiyi hər şeyi bərpa edəcəyik. Şübhəsiz ki, Rusiyadan olan bu qeyri-insanlara cavab verəcəyik”.
Son məlumatlara görə, iyulun 8-də Rusiyanın Ukrayna paytaxtına hücumu zamanı 22 nəfər ölüb, daha 72 nəfər yaralanıb.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi iyulun 8-də səhər saatlarında Ukraynadakı hərbi sənaye obyektlərinə və Ukrayna Silahlı Qüvvələrinin aviasiya bazalarına zərbələr endirdiyini deyib. Bildirilib ki, bu, “Kiyev rejiminin Rusiyanın enerji və iqtisadi obyektlərinə ziyan vurmaq cəhdlərinə” cavab olaraq edilib. Ukrayna hakimiyyəti Rusiyanın mülki infrastrukturu hədəf aldığını bildirir. Ukrayna Hərbi Hava Qüvvələri iddia edir ki, Ukrayna ərazisinə 38 raket atılıb, onlardan 30-u hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
126
2
yeniavaz.com

3Sources