EN

Azərbaycanda turizm - haralara getmək olar?

İnsanlar zaman -zaman istirahət etmək, xarici ölkələrdə dincəlmək istəyirlər. Amma çox vaxt büdcə buna imkan vermir. Bu halda imtina edirlər. 
Xaricə getmək üçün hələ də büdcə ayıra bilməyənlər üçün moderator.az Azərbaycanda istirahət üçün haralara getmək olar, onu araşdırıb. 
 
Azərbaycanda haralara getmək olar?
 
Əslində, Azərbaycan  hər yerinə gediləcək qədər gözəldir,  əlverişlidir. Sadəcə, bu yerlərin hərəsinin öz iqlimi və mövsümü var. 
Uzağa getməyək, Zirə ərazisində yerləşən Abşeron Milli Parkına nəzər salaq. Şahdili olaraq da tanınan bu məkanın heyvanat aləmi çox zəngin, estetik görüntüsü də gözoxşayandır. Səyahət edə, bol foto çəkdirə biləcəyiniz yerlərdən biridir. Bəzilərimizə sadə görünsə də, bir durbin ilə Xəzər dənizində  flaminqoların  seyri hədsiz zövqverici ola bilər.  
İndi MDB məkanında turistlərin daha çox üz tutduğu 10 ən yaxşı kurort və səyahət ölkəsi sırasında Azərbaycanın da adı çəkilir. Təbii ki, turizm sənayesinin çoxşaxəli olması, istirahətin təşkili üçün normal şəraitin mövcudluğu onların seçimində əsas amillərdəndir. Dünyada olan 11 iqlim qurşağından 9-u Azərbaycandadır. Ölkəmizin tarixi mədəniyyət abidələri sırasında Qız qalası, Şirvanşahlar sarayı, Qobustan qayaları, Beşbarmaq dağı, Şəki xan sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, Qubanın Xınalıq kəndi, Talış dağları və s. bu kimi ünvanlar turistlər üçün maraqlı olan məkanlardır. Azərbaycanın turizm məkanları sırasında Qəbələnin öz yeri var. Son dövrlər aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən sosial-iqtisadi layihələr Qəbələni daha da füsunkar edib. Bu yerlərin turizm-istirahət mərkəzləri dağ, çay, meşə zolaqları ilə əhatə olunub. Hər bir obyektdə istirahət üçün gözəl şərait yaradılıb. Geniş ərazilərdə atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, üzgüçülük hovuzları, alpinizm məşğələləri hər bir turisti maraqlandırır.           
Oğuz da turizm məkanı kimi məşhurdur. Son illər bu rayonda turizmin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Rayonun turizm mərkəzinə çevrilməsi üçün lazımi infrastruktur yaradılıb. Yenidənqurma işləri bu gün də davam etdirilir. Çoxları gözəlliyinə görə bu rayonu "Azərbaycanın İsveçrəsi" adlandırırlar. Ərazisinin az qala yarısı meşələrlə örtülü Oğuzda çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var. Ərazidə qədim tarix və memarlıq abidələri də mövcuddur. 
 
Ölkəmizin inkişaf zonası:Gəncə
 
Gəncə, Azərbaycanın ikinci ən böyük şəhəri və bir mədəniyyət mərkəzidir.
 
Böyük Qafqazın Cənnəti: Quba
 
Quba rayonu, gözəl təbiət mənzərələri və məşhur qədim abidələri ilə tanınır. 
 
Yaşıllığın məskəni: İsmayıllı
 
Şəki- Özünün qədimliyi ilə bütün yerli və xarici turistlərin diqqətini çəkən Şəki Azərbaycanın ən qədim şəhərlərindəndir.
 
Naxçıvan - Təbii sərvətləri, xüsusi iqlimi və ən əsası dağları ilə Azərbaycanın dilbər guşəsi Naxçıvan səyahət edənləri heç peşman geri dönməyən bölgələrimizdəndir. 
Astara- Azərbaycan Astarası adı ilə də tanınan şəhər cənubi Azərbaycanın səyahət olunmalı rayonlarından biridir. 
Lerik- subtropik ərazidə yerləşməsi bölgənin təbiətində landşafın gözəlliyində öz sözünü deyib.
 
Nərminə Kamal
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
100
moderator.az

1Sources