EN

Daşqınlar Hindistanda həyata mənfi təsir edib

Hindistanın ən sıx məskunlaşdığı Mumbayda həddindən artıq yağıntı səbəbindən baş verən daşqınlar həyata mənfi təsir edib.

BiG.AZ xəbər verir ki, "India Today" qəzetinin xəbərinə görə, 21,3 milyon əhalisi olan Maharaştra əyalətinin paytaxtı Mumbayda 6 saat ərzində 300 millimetrdən çox yağış yağıb.

Bu gün səhər saatlarında yağan leysan yağışlarından sonra şəhərətrafı qəsəbələrdə və dağlıq ərazilərdə daşqınlar baş verib, əsas yolların su altında qalması səbəbindən şəhər boyu nəqliyyatın hərəkəti çətinləşib.

Mətbuatda əksini tapan görüntülərdə bəzi rayonlarda lyukların daşdığı, sel səbəbindən nəqliyyat vasitələrinin sürükləndiyi, vətəndaşların suda çətinlik çəkdiyi görülüb.

Qatarların hərəkətinin ləğv edildiyi Mumbayda 27 reys müxtəlif hava limanlarına yönləndirilib, 50 reys isə ləğv edilib.

Digər tərəfdən, Maharaştra əyalət hökuməti Mumbai şəhəri, Ratnagiri və Sindhdurq bölgələrindəki bütün məktəblərdə təhsil və təlimin dayandırıldığını açıqlayıb.

İyunun əvvəlindən Hindistanın şimal-şərqindəki Assam və Manipur ştatlarında daşqınlar nəticəsində 58 nəfər ölüb.

Hər il iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları Hindistana böyük ziyan vurur.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
big.az

1Sources