EN

Levandovskini ingiltərəli hücumçu ilə əvəzləmək istəyir - “Barselona”

“Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını “Barselona”da davam etdirə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Barsa” 26 yaşlı futbolçunu polşalı hücumçu Robert Levandovskinin əvəzləyicisi kimi nəzərdən keçirir.

Reşfordun transfer dəyəri 60 milyon avro olaraq qiymətləndirilir. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

İngiltərəli forvard ötən mövsüm zəif çıxış edib. O, İngiltərə çempionatında 33 matçda iştirak edib, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
sportinfo.az

1Sources