EN

Niko Uilyams "Barselona"ya keçmək istəyir

"Atletik"in vingeri Niko Uilyams karyerasını "Barselona"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O 21 yaşlı futbolçunun onunla ciddi maraqlanan "Barselona"ya keçmək istədiyini və “mavi qranatlar”ın nümayəndələri artıq Uilyamsın ətrafı ilə əlaqə saxladığını qeyd edib. 

Keçən klub mövsümündə Uilyams bütün yarışlarda 37 matçda iştirak edib, 8 qol vurub və 19 məhsuldar ötürmə edib. Transfermarkt portalının mütəxəssisləri futbolçunun dəyərini 60 milyon avro qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
90deqiqe.az

1Sources