EN

Sabiq “Qəbələ”liyə niyə heç kim qapısını etibar eləmir?

“Qəbələ” ilə yollarını ayıran Rəşad Əzizli hələ də özünə klub tapa bilməyib.

Onunla maraqlananlardan birinin də “Kəpəz” olduğu iddia edilir. Bəs qolkiper növbəti mövsüm harda forma geyinəcək?

Son durumla bağlı bilgi almaq üçün Rəşadla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı isə belə oldu:
“Kəpəz”lə söhbətim olmayıb. Ya da hər hansı klubdan təklif almamışam. Sadəcə, bəziləri ilə ilkin danışığımız olub. Mən premyer-liqa klubunda forma geymək istəyirəm. Həm də vacib olan daim oynamaqdı. Elə bir dəvət də almadığıma görə gözləyirəm. Hazırda fərdi şəkildə məşq edirəm”.


Qeyd edək ki, 30 yaşlı qapıçı ötən il “Şamaxı”dan “Qəbələ”yə keçmişdi. Millimizin sabiq üzvü daha öncə “Neftçi”, “Sumqayıt”, “Zirə” və “Səbail” klublarında forma geyib.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
football-plus.az

1Sources