EN

Türksat 6A kosmosa buraxılıb - Türkiyə dünya əhalisinin 5 mlyardına nüfuz edəcək

Ötə gecə Bakı vaxtilə saat 03.30-da Türkiyənin milli rabitə peyki Türksat 6A ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından SpaceX-in Falcon 9 raketi ilə kosmosa buraxılıb. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki,  uğurlu buraxılışdan 67 dəqiqə sonra peykdən ilk siqnal alınıb.

Bildirilib ki, Türksat 6A öz orbitində 42 dərəcə şərq uzunluğunda xidmət göstərəcək: "Orbital sınaqlar Türksat tərəfindən ən az 1 ay sınaq olaraq qəbul ediləcək. Daha sonra istifadəyə veriləcək. Dünyadan 35 min 786 kilometr uzaqlıqda yerləşəcək Türksat 6A, 20 Ku Band transponderi ilə xidmət göstərəcək. 8,4 kilovat gücündə və 4 min 229 kiloqram ağırlığında olan Türksat 6A ilə Türksatın xidmət göstərdiyi əhatə dairəsi Hindistan, Tayland, Malayziya və İndoneziyaya qədər genişlənəcək. Peykin fəaliyyətə başlaması ilə Türkiyə öz rabitə peykləri ilə dünya əhalisinin 65 faizdən çoxuna - təxminən 5 milyard nəfərə nüfuz edə biləcək".

Lamiyə Əhmədli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
mia.az

1Sources