EN

Türkiyənin yerli və milli rabitə peyki Türksat 6A kosmosa buraxılıb

Türkiyənin ilk yerli və milli rabitə peyki Türksat 6A, Bakı vaxtı ilə saat 03.30-da ABŞ-ın Florida ştatındakı "Cape Canaveral" stansiyasından kosmos səyahətinə başlayıb.

Marja xəbər verir ki, türkiyəli mühəndislər tərəfindən hazırlanmış ilk yerli və milli peyk olan Türksat 6A, "Space X" şirkətinin "Falcon 9" raketi ilə "Cape Canaveral Space Launch Complex 40"dan kosmosa göndərilib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar bir neçə dəfə təxirə salınan buraxılış əməliyyatı ləngiyib.

Peyk öz orbitində 42 dərəcə şərq uzunluğunda xidmət göstərəcək.

Artıq orbital sınaqlar mərhələsi başlayıb və Türksat 6A peyki Türksat tərəfindən qəbul edilərək ən az 1 ay davam edəcək sınaqlardan sonra istifadəyə veriləcək.

Türkiyənin peyklərinin əhatə etdiyi əhali sayı 5 milyardı keçəcək

Dünyadan 35 min 786 kilometr uzaqlıqda yerləşəcək Türksat 6A, 20 Ku Band transponderi ilə xidmət göstərəcək. 8,4 kilovat gücündə və 4 min 229 kiloqram ağırlığında olan Türksat 6A ilə Türksatın xidmət dairəsini Hindistan, Tayland, Malayziya və İndoneziyaya qədər genişlənəcək.

Peykin fəaliyyətə başlaması ilə Türkiyə öz rabitə peykləri ilə dünya əhalisinin 65%-dən çoxuna çıxa biləcək. Türkiyənin peyklərinin əhatə etdiyi əhali sayı 3,5 milyarddan 5 milyardı keçəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
marja.az

1Sources