EN

Türkiyənin ilk yerli və milli rabitə peyki kosmosa buraxılıb - VİDEO

Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A-nın kosmosa səyahəti başlayıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türksat 6A kapsuluna yerləşdirildikdən sonra ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından SpaceX-in Falcon 9 raketi ilə kosmosa buraxılıb.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu peykin son vəziyyətini paylaşaraq bildirib ki, peykdən ilk siqnal planlaşdırıldığı kimi 67-ci dəqiqədə uğurla alınıb.

TÜRKSAT 6A-nın kosmosa buraxılma mərasimində Türkiyənin vitse-prezident Cevdet Yılmaz çıxış edib.

"Daha bir tarixi günün şahidi oluruq. Müdafiə və kosmos tədqiqatlarında bu addımlar təkcə təhlükəsizliyimizi artırmaqla qalmır, həm də daha yüksək əlavə dəyərli bir iqtisadiyyat yaratmağa kömək edir", - deyə Cevdet Yılmaz çıxışında bildirib. 

15 il ərzində aktiv şəkildə istifadə edilməsi planlaşdırılan peyk orbitinə çatdıqdan sonra Hindistan, Tailand, Malayziya və İndoneziyanın əhatə dairəsində olacaq və 5 milyard insana xidmət göstərə biləcək. Yüzdə 80 yerli istehsal nisbəti ilə yaradılan peykin ümumilikdə 84 hissəsini Türkiyə istehsal edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
2
baku.ws

3Sources