EN

Bu gün Avropa çempionatında yarımfinallara start verilir

Futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə start verilir.

Yarımfinalın ilk oyunu - İspaniya-Fransa oyunu iyulun 9-da baş tutacaq. Bu komandalar ümumilikdə 36 dəfə qarşılaşıblar. İspaniya 16 dəfə, Fransa 13 dəfə qalib gəlib, 7 matç heç-heçə bitib. İspanlar daha çox qol vurub - 64.

1/4 finalda İspaniya Almaniyaya, Fransa isə Portuqaliyaya qalib gəlib.

Yarımfinal görüşü Münhendə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İkinci yarımfinal - İngiltərə-Hollandiya sabah baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
104
50
anspress.com

10Sources