Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçında Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ikinci oyunda Çexiya yüksək liqa klubu "Viktoriya" (Plzen) ilə üz-üzə gələcək. Matça saat 20:00-da start veriləcək.
"Qarabağ"ın Avstriyada 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.
9 iyul
14:30. "Qarabağ" - "Kayzerslautern"
20:00. "Qarabağ"- "Viktoriya" (Plzen)